Beynəlxalq axtarışa verilmiş daha iki şəxs Azərbaycana ekstradisiya olundu
«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları İsmayılzadə Əbülfət Həsən oğlu və Əzizov Amal Sarvan oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.
Adalet.az xəbər verir ki, həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
Digər Xəbərlər
14 Fevral 2026 16:11
Evlərdən 3200 manatlıq oğurluq edən şəxs saxlanıldı
14 Fevral 2026 14:51
Şirvanda 6 nəfər külli miqdarda narkotiklə saxlanıldı
13 Fevral 2026 19:53
İran vətəndaşı vasitəsilə əldə etdiyi narkotiki Bakıda satan şəxs tutuldu
13 Fevral 2026 18:13


Bakı -°C

