adalet.az header logo
  • Bakı -°C
31 Oktyabr 2026 12:15
66
KRİMİNAL
A- A+

Beynəlxalq axtarışda olan şəxs tutularaq Azərbaycana gətirildi

Beynəlxalq axtarışda olan şəxs İnterpol xətti ilə Rusiyanın Amur vilayətində saxlanılaraq Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

Adalet.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə vilayətin DİN İdarəsi məlumat yayıb.

“Azərbaycanın hüquq-mühafizə orqanlarından alınan məlumata görə, axtarışda olan şəxs dələduzluq etməkdə, yəni etibardan sui-istifadə etməklə özgə əmlakını mənimsəməkdə şübhəli bilinirdi. Axtarışın təşəbbüskarı şübhəlinin həbs edilməsi və sonradan ekstradisiya olunması məqsədilə Azərbaycan tərəfi çıxış edib”, - məlumatda deyilir.

Azərbaycan vətəndaşı olduğu bildirilən şübhəli şəxs Svobodnı rayonunda həyata keçirilmiş əməliyyat nəticəsində saxlanılıb. 

Saxlanılan şəxs ekstradisiya qaydasında Azərbaycana gətirilərək aidiyyəti dövlət qurumlarına təhvil verilib.