BİR DAHA YAŞAR ƏLİYEV MƏNƏ ZƏNG ETMƏYƏCƏK
Görkəmli dövlət xadimi, gözəl insan, millətini və Vətənini öz canından çox sevən Yaşar Əliyevi itirdik.
Uzun müddət idi ki, xəstə idi. Özünün ağır xəstə olmağına baxmayaraq, hərdən mənə telefon açardı, zəif səsi ilə hal-əhval tutardı. Deyərdi ki, özündən muğayat ol, uşaqlarından muğayat ol. Mən də ona tezliklə sağalmasını arzulayırdım.
Hətta mən Ankarada xəstəxanada yatarkən də axtarıb məni tapmışdı. Demişdi ki, xəstəliyin boş şeydir, fikir vermə, inşallah, keçib gedər.
Bu, Yaşar müəllimin mənə son zəngi oldu.
Çox təəssüf edirəm ki, Yaşar müəllim bir daha mənə zəng etməyəcək.
Heç o dünyada da görüşə bilməyəcəyik, çünki Yaşar müəllimin yeri cənnətdir və məni də ora buraxmazlar.
Yaşar müəllimin vəfatı ilə əlaqədar bütün əzizlərinə, qohum-əqrəbalarına və Azərbaycan xalqına başsağlığı verirəm.
Aqil ABBAS
Digər Xəbərlər
05 Mart 2026 12:08
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək
05 Mart 2026 11:52
“İlqar Məmmədovun yüngül həyat tərzinə meylli qadınların...” – Deputatdan sərt cavab
05 Mart 2026 11:03
Baş prokuror Sabunçuda vətəndaşları qəbul edəcək
05 Mart 2026 10:58


Bakı -°C

