Bir direktor müəllimlərə "qaraçı - dilənçi" deyir, o birisi "hinduşqabaş"...
Ad gününə 600 manatlıq hədiyyə alınan və hədiyyəni bəyənmədiyi üçün müəllimləri “dilənçilər”, qaraçılar” deyərək təhqir edən Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi, 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun şokunu adlatmamış növbəti şoku yaşayırıq.
Bir ay əvvəl Modern.azda oxumuşdum ki, 2024-cü ilin may ayından etibarən Bakı şəhəri, Binəqədi rayonu, 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyeva haqqında müəllim kollektivi tərəfindən bir sıra şikayətlər irəli sürülüb. Şikayətlərdə əsasən aşağıdakı məsələlər qeyd olunur: Dərs saatlarına görə pul tələb edilməsi: Müəllimlərdən dərs saatlarının artırılması və ya saxlanılması üçün 500-700 manat arasında pul tələb edildiyi iddia edilir.
xezerxeber.az-ın araşdırması isə daha qeyri etik halları üzə çıxartdı. Məlum oldu ki, məktəbin müəllim kollektivi ilə direktor Sevda Sarıyeva arasında yaşanan problemlər illərdir ki, bitmir
.
Müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir hətta təhdid də edilir:“Müəllimləri valideynlərin yanında təhqir edir. Bizə “dərs dilənçiləri”, “hinduşkabaş” deyir”.
Müəllimlərin iddialarına görə direktor tərəfindən məktəbin bir korpusuda bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayırlar.
Məlumata görə, Bakı şəhəri 301 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar davam edir.
Biz , xüsusən, sovet təhsili almış bütün şagirdlər elə bilirdik ki, müəllim müqəddəs bir varlıqdır. O adi adamlar kimi yemək yeməz, çay içməz. Yadımdadır ki, anamın sözünə baxmayanda və yaxud gec baxanda o məni sinif rəhbərim Səlbinaz müəllimə şikayət edəcəyini deyirdi. Bax, elə o sözü eşidən kimi olurdum "quzu", sözə də baxırdım, anamın verdiyi tapşırıqları da yerinə yetirirdim. Çünki o vaxt müəllimlərin böyük əksəriyyəti əxlaqı, danışıq tərzi, oturuşu-duruşu, şagirdlərə öz balası kimi münasibəti ,-kollektivə - müəllim yoldaşlarını doğması bilməsi onu nəinki şagirdlərin, müəllimlərin həm də kənd camaatının gözündə yüksəldirdi.
Artıq elə bir dövr gəlib ki, Səlbinaz müəllim kimi müəllimlə rastlaşmaq çətin baş verə. Amma Azərbaycan Respublikasının elm və təhsil nazirliyinə tövsiyyət etmək lazımdır ki, məktəblərə direktor göndərdiyiniz müəllimlərin savadından əlavə etikasını, əxlaqını, insanlarla münasibətini də testdən keçirin, sonra direktor təyin edin. Gənc nəslin təlim- tərbiyəsini təlimdən-tərbiyədən uzaq qalmışlara tapşırmayın. Vallah, dünya tarixində rast gəlinməyəcək bir haldır.
Bir direktor 600 manatlıq hədiyyəni az bilib öz müəllim yoldaşlarına "qaraçı", dilənçi" deyir. Başqa bir direktor isə rüşvətlə dərs bölgüsünə etiraz edən müəllimlərə "hinduşkabaş " deyir. Beləsinə səlahiyyət vermək təhsilin olan-qalan "uçuğunu-söküyü"nü darmadağın edir.
Əntiqə Rəşid
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C


