Bakıda 100-dən çox yeni park və bağ yaradılıb
Son 20 il ərzində Bakıda 100-dən çox yeni park və bağ yaradılıb, 300-ə yaxın park isə bərpa edilib.
Adalet.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov deyib.
Onun sözlərinə görə, belə layihələrin davam etdirilməsi planlaşdırılır: "Göllərimizin ekoloji bərpası üzərində işləyirik. Böyükşor ərazisində birinci mərhələ ərzində təxminən 300 hektar göl sahəsi ekoloji bərpaya cəlb edilib. Bu ərazi üçün həmçinin 15 hektardan çox abadlaşdırılmış park və 2,5 kilometrlik gölkənarı gəzinti yolu planlaşdırılıb. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) birlikdə Böyükşor gölünün şərq hissəsində böyük bir investisiya layihəsi nəzərdə tutmuşuq. Bu, Bakıdakı ən böyük şəhər layihələrindən biri olacaq".
R.Qasımov qeyd edib ki, Bakının mərkəzi küçələrin piyadalaşdırılması əsas parklar və meydanlar arasında əlaqəni yaxşılaşdırır, tarixi şəhər inkişafını gücləndirir və yerli biznes üçün yeni imkanlar yaradır: "Son nümunələrə Fəvvarələr Meydanı yaxınlığındakı İslam Səfərli layihəsi daxildir. Həmçinin 28 May metro stansiyası ətrafında 3,5 hektarlıq ərazini canlandırdıq. Xaqani Bağı və Fəvvarələr Meydanı yaxınlığındakı ərazidə əvvəlcə həftə sonları nəqliyyat hərəkətinin azaldılması ilə bağlı təcrübə apardıq. İndi burada bəzi istisnalar olmaqla, nəqliyyat hərəkəti dayandırılıb".
Digər Xəbərlər
04 Noyabr 2026 17:33
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edildi
04 Noyabr 2026 16:06
Prezident xanımı və qızı ilə “AIREX 2026” sərgisi ilə tanış oldu - YENİLƏNİB + VİDEO
04 Noyabr 2026 15:58
Milli Fəaliyyət Planı hazırlanacaq - SƏRƏNCAM
04 Noyabr 2026 15:53
Kamran İmanov "Şərəf" ordeni ilə təltif edildi
04 Noyabr 2026 13:15
5 günlük leysan gəlir - Temperatur 10 dərəcə enəcək - Proqnoz
04 Noyabr 2026 13:08
"Qeyri-neft sektoru üzrə təmin olunmalı gəlirlərin dəqiqləşdirilməsinə zərurət var" - Palata sədri
04 Noyabr 2026 11:14
İpoteka götürmək istəyənlərə şad xəbər
04 Noyabr 2026 11:11


Bakı -°C

