"Qeyri-neft sektoru üzrə təmin olunmalı gəlirlərin dəqiqləşdirilməsinə zərurət var" - Palata sədri
"Peşəkar fiskal idarəetmədə cari xərclərin artım tempi, qeyri-neft gəlirlərinin artım tempi və inflyasiya ilə müqayisə olunur. "Büdcə zərfi"nə əsasən, fiskal dayanıqlılığın əsas şərtlərindən biri kimi ortamüddətli dövrün sonuna qeyri neft-qaz gəlirləri hesabına cari xərclərin tam qarşılanması proqnozlaşdırılır. Hesab edirik ki, bu makroiqtisadi sabitlik və resurs asılılığının azaldılması baxımından mühüm indikatordur və təqdirəlayiq hədəfdir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
"Eyni zamanda, əvvəlki rəylərimizdə də bildirdiyimiz kimi, bu məqsəd üçün əsas hədəf göstəriciləri olan cari xərclər, qeyri-neft gəlirlərinin və yaxud daha geniş anlayışla ifadə etsək, qeyri-resurs gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmasının zəruri olduğu qənaətindəyik. Məsələn, qanunvericiliyin tələbləri əsasında hesablamalarımıza əsasən, qeyri-neft sektoru üzrə təmin olunmalı gəlirlərin dəqiqləşdirilməsinə zərurət vardır. Belə ki, Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt qiyməti ilə respublikadaxili müəssisə topdansatış qiyməti arasındakı fərqdən büdcəyə yığımlar 98,0 mln. manat məbləğində nəzərdə tutulur və İzahata əsasən, bu məbləğ dövlət büdcəsinin neft-qaz gəlirlərinə aid edilir. Lakin “Büdcə sistemi haqqında” Qanuna əsasən, dövlət büdcəsinin neft-qaz gəlirlərinə ARDNŞ-in ödədiyi vergilər daxil edilir. Yuxarıda qeyd olunan mənbə isə vergi ödənişi deyil", - deyə Palata sədri bildirib.
Digər Xəbərlər
04 Noyabr 2026 13:15
5 günlük leysan gəlir - Temperatur 10 dərəcə enəcək - Proqnoz
04 Noyabr 2026 12:36
Prezident xanımı və qızı ilə “AIREX 2026” sərgisi ilə tanış oldu - VİDEO
04 Noyabr 2026 11:14
İpoteka götürmək istəyənlərə şad xəbər
04 Noyabr 2026 11:11
İşğaldan azad edilmiş ərazilərə ayrılacaq vəsait açıqlandı
04 Noyabr 2026 11:06
Azərbaycanda uşağın doğulmasına görə müavinət artırılacaq
04 Noyabr 2026 10:57
Ədliyyə Nazirliyi adından bələdiyyələrə saxta zənglər edilir
04 Noyabr 2026 10:41
DİN müharibə şəraitində olan Ukraynada mürəkkəb bir kiberəməliyyatı necə həyata keçirib?
03 Noyabr 2026 20:34


Bakı -°C

