Gələn ildən bu müavinətlər artırılır - Rəqəmlər
Azərbaycanda 2027-ci il dövlət büdcəsi layihəsinə əsasən bir sıra sosial müavinət və ödənişlərin məbləği artırılır.
Adalet.az xəbər verir ki, layihəyə əsasən, 3 yaşınadək uşağı olan sığortaolunan analara hər ay 100 manat pul veriləcək. Daha əvvəl isə bu məbləğ 37,58 manat idi.
Həmçinin, gələn il hamiləliyə və doğuma görə müavinətin hesablanmasında bir iş gününə düşən orta gündəlik qazancın 50,57 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə isə 53,50 manat olacağı gözlənilir.
Layihədə yer alan daha bir mühüm xəbər isə uşağın doğulmasına görə verilən birdəfəlik müavinətlə bağlıdır. Belə ki, daha əvvəl yeni doğulan uşağa görə birdəfəlik 600 manat ödənilirdisə, gələn ildən bu məbləğ 900 manat artırılaraq 1500 manat olacaq.
Bundan əlavə, pensiyaçılar üçün dəfn pulunun orta məbləğinin 946 manatdan 1200 manata, sığortaolunanlar üçün isə 590 manatdan 700 manata çatdırılması proqnozlaşdırılır.
Digər Xəbərlər
04 Noyabr 2026 11:54
"Rayonların dotasiyadan asılılığı tam olaraq aradan qaldırılıb" - Sahil Babayev
04 Noyabr 2026 11:28
"Nəzərə çarpan birinci məqam neftdən asılılığın azaldılmasıdır" - Nazir
04 Noyabr 2026 11:05
Azərbaycanda əhalinin gəlirləri artacaq
04 Noyabr 2026 10:42
“Şuşa artıq Qafqazın aparıcı yaşayış məntəqələrindən birinə çevrilməkdədir”
03 Noyabr 2026 16:43
Türkiyənin turizm gəlirləri 2026-cı ilin ilk 9 ayında 51,3 milyard dollara çatıb - FOTOLAR
02 Noyabr 2026 19:25
Azərbaycan-Çin Sənaye Parkı yaradıla bilər
02 Noyabr 2026 16:46
“Gözel Seeds” və ADA Universiteti aparıcı alimləri bir araya gətirdi - FOTOLAR
02 Noyabr 2026 15:45


Bakı -°C

