"Hazır və formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm" - "Sabah"ın baş məşqçisi
“Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm. Bir-iki oyunçu ilə bağlı yekun qərarı isə məşqdən sonra verəcəyik.
Adalet.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda Norveçin “Vikinq” komandası ilə keçiriləcək oyun ərəfəsində təşkil olunan mətbuat konfransında bildirib.
Litvalı mütəxəssis süni örtüklü meydançaların futbolçuların sağlamlığına təsiri ilə bağlı fikirlərini bölüşüb. O, bu cür meydançaların daha çox zədəyə səbəb olduğunun elmi cəhətdən sübut edilmədiyini qeyd edib.
Dambrauskas sıx oyun qrafikinin futbolçuların fiziki vəziyyətinə təsirindən də danışıb: “Belə sıx qrafikdə futbolçularda həmişə xırda zədələr və zərbələr olur. Hər üç-dörd gündən bir meydana çıxırıq. Bununla belə, bu, hamımız üçün böyük oyundur və bir çoxlarının arzusudur. Bu turnirdə iştirak etdiyimiz üçün xoşbəxtik”.
Səfərlərin bərpa prosesinə təsirinə toxunan mütəxəssis beş saatlıq təyyarə və ümumilikdə 12 saatlıq qatar səfərinin futbolçuların istirahəti üçün ayrılan vaxtı azaltdığını vurğulayıb: “Əsas çətinlik futbolçuları mümkün qədər dincəlmiş və sağlam vəziyyətdə saxlamaqdır. Bu məsuliyyət həm tibbi heyətin, həm də məşqçilərin üzərinə düşür”.
Norveçə 26 ildən sonra qayıtması barədə danışan Dambrauskas burada yenidən olmağın onun üçün xoş olduğunu bildirib: “26 il əvvəl Norveçdə təxminən üç ay yarım, bəlkə də dörd aya yaxın qalmışdım. Burada yenidən olmaq çox xoşdur və möhtəşəm hisslər yaradır. Xüsusilə də başqa səbəblə deyil, futbol üçün burada olmaq”.
Digər Xəbərlər
24 Noyabr 2026 23:38
Ronaldo karyerasının 987-ci qolunu vurdu
24 Noyabr 2026 20:31
"Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib
24 Noyabr 2026 18:00
Emre Mor karyerasını bitirdi
24 Noyabr 2026 15:37
PSJ yeni formasını təqdim etdi
24 Noyabr 2026 15:02
“Marca” nəşri “Sabah”ın heyətində 5 futbolçunu fərqləndirdi
24 Noyabr 2026 10:05
Çempionlar Liqası: "Qalatasaray" "Aston Villa"nı qəbul edəcək
23 Noyabr 2026 23:28
"Barselona" Bakıya gəldi - VİDEO
23 Noyabr 2026 19:22


Bakı -°C

