Bir stəkan çay içmək olmur
Qabaqlar hansı parka, hansı yeməkxanaya və çayxanaya gedirdin, orda çayniki 1 manata çay verirdilər. İndi çox nadir yerdə 1 manata çay verilər. Mən şəhəri demirəm, lap şəhərdən uzaq hər hansı bir yerdə Bakıda çay içmək istəsən, ən azı 7-8 manat pul ödəməlisən. Yanında da mürəbbə, konfet, şokalad olsa, bu 15 manata çatır. Başa düşmək olmur, bu qədər də insafsızlıq olar? Kiminsə ürəyi çay istəyirsə, isti yay günündə 1 stəkan çay içmək arzusundasa, çətin ki, o hardasa çayniki 1 manata çay tapıb içsin.
Allah bəzi adamlara insaf versin. O insaf ki, 1 çaynik çayı 7-8 manat yox, heç olmasa 2-3 manata versin. Mürəbbə-filan da lazım deyil. Sadəcə olaraq bizim nəzarət orqanları bu məsələlərə o qədər də önəm vermirlər. Deyirlər ki, bazar iqtisadiyyatıdır və hər şey bazar tənzimləyir və biz sahibkarların işinə qarışa bilmərik. Amma lazım olanda qarışırlar və həmin sahibkarı elə günə qoyurlar ki, dədəsinin toyu yadına düşür.
Digər Xəbərlər
19 Dekabr 2025 18:10
Dörd rayonda təbiətə 300 min manata yaxın ziyan vurulub
19 Dekabr 2025 17:55
Azərbaycanda ov mövsümü açılır - Sabahdan
19 Dekabr 2025 13:40
Elektron siqaretlərin reklamı qadağan edilir
19 Dekabr 2025 13:11
Dəbilqəsiz moped idarə edənlər cərimələnəcək
19 Dekabr 2025 13:06
Əkin yerinin yandırılmasına görə yeni cərimələr
19 Dekabr 2025 11:34
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
19 Dekabr 2025 11:10
“Elektron siqaretlər cəmiyyət üçün dərin problemə çevrilmişdi...”
19 Dekabr 2025 10:06


Bakı -°C

