Birgə bəyannamə: Gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik

Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik.
Adalet.az-ın məlumatına görə, bu barədə Azərbaycan, Ermənistan və ABŞ liderlərinin birgə bəyannaməsində deyilir.
“Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik”, - bəyannamədə deyilir.
Digər Xəbərlər

Azərbaycan Prezidenti: Ədalətsiz 907-ci düzəlişin mənim iştirakımla ləğv edilməsi rəmzi xarakter daşıyır

Prezident: Azərbaycan - Ermənistan sülh sazişinin imzalanması çox çəkməməlidir

Prezident: Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib

Regionun tarixini dəyişən sənəd və imzalar - FOTOLAR

Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb

İlham Əliyev: Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi

"Trampın Azərbaycan haqqında bilgiləri çox yaxşıdır" - İlham Əliyev
