Biz bütün kitabları yandırmışıq, amma xəbərimiz yoxdur - Elnur Kəlbizadə yazır
Danimarkalı siyasətçi Rasmus Paludanın İsveçdəki Türkiyə səfirliyi önündə Quranı Kərimi yandırmasını ən sərt şəkildə qınayıram. Tərbiyəsizlikdir! İsveç hökumətinin bu cür addıma icazə verməsi də qəbuledilməzdir.
Tövratın, İncilin və Quranın məzmunundan xəbərdar olan normal avropalılar, o cümlədən isveçli və danimarkalılar bilirlər ki, hər üç kitabın fəlsəfəsi və qaynağı demək olar ki, eynidir. Sadəcə hər yerdə ultra ideologiyalar və bu ideyalarla xəstələnmiş adamlar (siyasətçilər) olduğu kimi, orada da var. Sosial və iqtisadi yaşam standartlarına görə isə İsveç, Danimarka kimi ölkələr əslində vətəndaşlarına İslam prinsiplərinə daha çox uyğun gələn qiyməti verən ölkələrdir. Bir az araşdırdım. Rasmus Paludan niyə qatı sağçı olub, nəyə qarşıdır. Adam deyir ki, bu qədər müsəlmanın burada nə işi var?! Gerçəkdən də bu qədər müsəlmanın o ölkələrdə nə işi var?!
Bir də əslində, o danimarkalının Kitabı yandırmağı ilə, bizim kitabları oxumamağımız arasında elə də ciddi bir fərq yoxdur axı. Öz aramızda deyirəm, pıçıltı ilə. Onsuz da onların gəlib mənim statusumu oxuyacaq halları yoxdur. O məlun fiziki olaraq bir Müqəddəs Kitabı yandırır, biz isə mənəvi olaraq bütün kitabları əslində yandırmışıq, amma xəbərimiz yoxdur.
Digər Xəbərlər
08 Yanvar 2026 14:20
QAÇ. OĞLAN! QAÇ, AT BASDI! MİLLƏT GƏLİR!
07 Yanvar 2026 16:08
Bu ölkədən olan insanlar gəzməyi sevirlər
06 Yanvar 2026 10:54
Bu balıq 3 milyon dollara satıldı
04 Yanvar 2026 08:50
Yaşından 20 il gənc görünənlərin imtina etdiyi 6 vərdiş
03 Yanvar 2026 17:57
Tayqadan yüksələn səs: Şor türkləri
03 Yanvar 2026 13:22
Hər kəs bir qızım olsun deyəcək - Alimlərdən maraqlı araşdırma
03 Yanvar 2026 10:00
Kasıb yatdı, zəngin oyandı - Bir gecədə dəyişən həyat
02 Yanvar 2026 23:26


Bakı -°C

