Biz öz tariximizə qayıdırıq! - VİDEO
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdəki xüsusi nümayəndəliklərinin dəstəyi ilə Böyük Qayıdışla bağlı yeni video-fləşmob hazırlanıb.
Flaşmobda bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanmış məcburi köçkün gənclərin bir qrupu iştirak edib. Onlar mənsub olduğu şəhər və rayonunun xəritəsinin maketi ilə “Biz öz tariximizə qayıdırıq!” adlı aksiyaya qoşulub və mədəniyyət paytaxtımız Şuşanın Cıdır düzündə bir araya gəliblər... “Qarabağ Azərbaycandır” şüarı ilə yekunlaşan video-fləşmob Dövlət Komitəsinin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılıb. Xatırladaq ki, Prezident İlham Əliyevin tapışırıqlarına uyğun olaraq, işğaldan azad edilmiş ərzilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlər intensiv qaydada icra edilir. Video-fləşmobu təqdim edirik.
Digər Xəbərlər
29 Avqust 2026 11:48
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
29 Avqust 2026 09:35
Çimərliyə gedənlərin nəzərinə!
28 Avqust 2026 16:38
Kəlbəcərə diametri 15–20 mm olan dolu yağıb - FAKTİKİ HAVA
28 Avqust 2026 09:48
DİN kirayəyə ev axtaran tələbələrə müraciət etdi
27 Avqust 2026 11:41
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
27 Avqust 2026 10:34
“Tələb dəyişdikcə şəhərin ictimai iaşə sektoru və ümumi siması da dəyişir”
27 Avqust 2026 10:32
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
26 Avqust 2026 17:22


Bakı -°C

