adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Aprel 2024 12:02
367
GÜNDƏM

Bizə yazırlar

“Ədalət” qəzetinin baş redaktoru İradə xanım Tucaya 

 

  Bakı şəhəri , Sabunçu rayonu , Bakıxanov qəsəbəsi,

  Aşıq-Alı küçəsi 12, 12a, 18, 14a, 22 nömrəli binalarının sakinləriadından 

 

 Ş İ K A Y Ə T   M Ə K T U B U         

 

Hörmətli İradə xanım

 2023-cü ilin avqust ayında bizim yuxarıda adı çəkilən ünvanların yerləşdiyi yerə, "Memarlıq Şəhərciyi 2021" MMC və onun rəhbəri Elnur Mustafayev adlı biri gələrək, buradakı insanlara və təbii sərvətlərimizə, ekologiyaya qan uddurmağa başladı. İnsanlara buranı satın aldığını (amma sonradan oyrənirik ki, Bakı Şəhər İcra Hakimiyyətinin 15.07.2022-ci il tarixli Sərəncamı ilə ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçilərı (mulkiyyətçiləri) ilə mulki münasibətların muvafiq qanunverıcılıyın tələblərinə uyğun qarşılıqlı razılıq əsasında bu şirkətə verildiyini öyrəndik) , sakinlərin onun qoyduğu şərtlər daxilində evlərini, mənzillərini ona təhvil verib çıxmalı olduğunu bildirərək, alçaldıcı tələblər irəli sürməyə başladı. Sonra isə bu tələblərindən artıq 1 kvadratmetr belə artıq verməyəcəyini, razılaşmyacağımız təqdirdə zorla çıxaracağını, "MƏHKƏMƏYƏ PUL VERİB , UDACAĞAM , AMMA SİZİ HEÇ NƏSİZ QOYACAĞAM""BURA AZƏRBAYCANDIR , PUL VER , BAŞ KƏS" kimi təhdidlərlə biz sakinləri qorxutmağa başladı. Biz "bu ölkə heç də dərəbəylik deyil, bu ölkə qanunlarla idarə olunur, bu ölkənin qanunları var, Prezidenti var, onun rayonda səlahiyyətli şəxsi, etibarlı şəxsi kimi rayon icra hakimi var, bizi darda qoymaz" dedikdə, tam ciddi və çox sərt şəkildə  İcra başçısına, onun da vasitəsilə düşünürük ki, onu bura təyin edən MÖHTƏRƏM və ƏDALƏTLİ, XALQININ YARDIMÇISI və XİLASKARI, düşmənlər üzərində Demokl qılıncı olan DƏMİR YUMRUQ sahibi PREZİDENTİMİZ İLHAM ƏLİYEV cənablarına hörmətsizlik  ifadə edən "İCRA BAŞÇISI KİMDİR Kİ, GƏLİB BURDA NƏSƏ DESİN ?" sözlərini heç kimdən söyləməkdən çəkinmir. Amma bu şirkət rəhbəri nədənsə həmin bu İcra başçısının ərazidə, rayonda Möhtərəm Prezidentimizin etibarlı və səlahiyyətli şəxsi, necə deyərlər, sağ əli, onun Fərman və Sərəncamlarını yerlərdə həyata keçirən İcra orqanının rəhbər şəxsi və ən nəhayətdə elə şəxsən ona 15.07.2022-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş olan Sərəncamın 5-ci maddəsi üzrə məhz bu Sərəncamın icrasına nəzarət etməli orqanın ali rəhbər şəxsi olduğunu qəsdən "unudur", öz puluna-malına arxalanaraq (bunu da açıq söyləməkdən çəkinmir) beləcə AÇIQ-AŞKAR VƏ NÜMAYİŞKARANƏ ŞƏKİLDƏ Prezidentimizin etibarlı və səlahiyyətli şəxsinə qarşı ən azı saymamazlıq və hörmətsizlik nümayiş etdirir. Və bu cür rəftar nə səbəbdənsə bu şirkətin çoxlu qanunsuzluqlarına (ağac EKOTERRORU; sakinlər yaşadığı halda binaların dam örtüyünün məhv edilməsi; soyuq payız-qış aylarında biz yaşayan binaların istilik sisteminin məhv edilərək, sakinlərin soyuq və şaxta ilə baş-başa buraxılması; yaşayış getdiyi halda binaların dəmir hasarlara alınıb, sakinlərin, onların nəqliyyat vasitələrinin və ehtiyac olduğu təqdirdə təcili yardım və ya yanğınsöndürmə texnikalarının binalara giriş-çıxışının məhdudlaşdırılması və s.) göz yumub, görməzdən gələn yerli İcra Hakimiyyəti orqanı, onun başçısı tərəfindən sükutla qarşılanır ki, bu tipli halların cəzasız qalması isə zənnimizcə virus kimi yayıla, kütləvi hal alıb, çoxlu zərərli ünsürlər arasında "ona neyləyə bildilər ki, mənə də nəsə edələr" fikirlərini formalaşdırmaqla, son nəticədə İcra Hakimiyyətinə qarşı etimadsızlıq və təhqirlərə, hörmətsizliklərə yol aça və bu da çox təhlükəli bir istiqamətə yönəldə bilər. Bu da sonda neqativ hallarla, nəticələrlə sonlana bilər. Məhz bu səbəbdən də biz, Vətənini, Xalqını, Dövlətini və onun Prezidentini sevən, etimad edən, patriot insanlar və vətəndaşlar olaraq istəmirik və arzulamazdıq, ancaq təəssüflər olsun ki, bu hal-bu azğınlaşmış, qanunazidd, hüquqazidd əməlləri törədən (təkcə bu deyil Elnur Mustafayevin qanunazidd əməlləri, 26 dekabr 2023-cü il tarixində kütləvi EKOTERROR-AĞAC SOYQIRIMI TÖRƏDİB ki, çox orqanlar bu barədə məlumatlansa da, bu əməli hələ də cəzasız qalır) şirkət rəhbəri barədə ciddi tədbirlər görülməməsi, yuxarıda vurğuladığımız ciddi fəsadlara gətirib çıxara bilər.

    Yuxarıda adı çəkilən binaların sakinləri (200-dən çox sakin) adından kollektiv şəkildə bu məktubu yazmaqla gələcəkdə yuxarıda deyilən (və ağla gəlməyən digər) fəsadlara gətirib çıxarmaması üçün  həmin bu şirkət rəhbərinə yerini göstərib, rəsmi dövlət orqanına və onun başçısına və onun vasitəsilə də dövlətimizə və onun rəhbəri Möhtərəm və Ədalətli Prezidentimizə hörmətsizlik göstərilməsi faktı barədə CİDDİ ÖLÇÜ GÖTÜRÜLMƏSİNİ VƏ BU BARƏDƏ müvafiq orqanların ciddi nəzarət  etməsini xahiş edirik.

Qoşma:

   1. Ölkə Prezidentinin burada səlahiyyətli və etibarlı şəxsi-İcra başçısı Adil Vəliyevi hörmətsizlik və zənnimizcə hətta təhqir edən "İCRA BAŞÇISI KİMDİR Kİ, MƏNƏ BURDA GƏLİB NƏSƏ DESİN" sözləri yazılmış disk;

   2. 30-dan çox qocaman ağac EKOTERRORU əks etdirən fotoşəkilər və bu barədə videoyazıların olduğu bir disk;

   3. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 15.07.2022-ci il tarixli Sərəncamın (Elnur Mustafayev tərəfindən pozulan maddələr qörmızı işarələnməklə) surəti.

 

 SİZLƏRƏ DƏRİN HÖRMƏT VƏ EHTİRAMLA:

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq-Alı küçəsi 12, 12a, 18, 14a, 22 nömrəli binalarının sakinləri:

 Abbasov Orxan, Hüsüynzadə Elnur və daha 42 nəfər sakin