BİZİMKİLƏR QIRILIB Kİ?!

Millimiz Slovakiya ilə oyunda sübut etdi ki, baş məşqçisiz də oynamaq olar.
Yadıma Seyran Səxavətin Qədir Rüstəmovdan aldığı məşhur müsahibədən bir yer düşdü.
Seyran Qədirdən soruşur ki, yəqin uşaqlara arvad qohumlarının adını qoymusan.
Qədir Rüstəmov:
- Niyə, bizimkilər qırılıb ki?
İndi Qədirin sözü olmasın, bizimkilər qırılıb ki (Allaha şükür, Rəşad Sadıqov da sağdı, Tərlan Əhmədov da, Yunis Hüseynov da, İqor Ponamaryov da), AFFA bir ətək pul qoyub «arvad qohumlarını» baş məşqçi gətirir.
Digər Xəbərlər

Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək

UEFA Qazaxıstan Futbol Federasiyasını cəzalandırdı

Misli Premyer Liqasında XI tur "Zəfər turu" adlanacaq
