BMT “ASAN xidmət” modelini dörd qitədə təşviq edəcək
Azərbaycanın “ASAN xidmət” modeli dörd qitədə təşviq ediləcək.
Bu barədə Adalet.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ("ASAN xidmət") məlumat verilib.
Bildirilib ki, bununla bağlı Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Töhfə Sazişi imzalanıb. Sənədi Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua imzalayıblar.
Saziş çərçivəsində BMT-yə üzv ölkələrdə “ASAN xidmət” modeli əsasında dövlət xidmətlərinin göstərilməsi üçün innovasiyaların tətbiqi və müvafiq sahə üzrə potensialın inkişafı nəzərdə tutulur. Bununla da BMT Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və təşkilata üzv dövlətlərə təşviq edir.
Sazişə əsasən, Azərbaycanın "ASAN xidmət” təcrübəsi əsasında müvafiq ölkələrdə dövlət qulluqçuları üçün qabaqcıl idarəetmə və dövlət xidmətlərinin göstərilməsi üzrə təlimlər təşkil ediləcək. Həmçinin tədris vəsaitləri hazırlanacaq və qitələrarası beynəlxalq tədbirlər təşkil olunacaq.
Digər Xəbərlər
22 Oktyabr 2026 18:01
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
22 Oktyabr 2026 14:41
"İri Şəhərlərin Su Təchizatı"na yeni icraçı direktor təyin edildi
22 Oktyabr 2026 14:38
“Həzi Aslanov”dakı təmir yekunlaşdı
22 Oktyabr 2026 13:42
Xocalı və Ağdərəyə daha 44 ailə yola salınıb
22 Oktyabr 2026 12:31
Yağış yağacaq, şimşək çaxacaq
22 Oktyabr 2026 11:00
Ərdoğanın prezident İlham Əliyevə birbaşa zəngi hava haqqında məlumat deyil - Şərh
22 Oktyabr 2026 10:56
FHN təlim keçirdi - VİDEO
22 Oktyabr 2026 10:54


Bakı -°C

