BMT-dən dəhşətli xəbərdarlıq - 49 milyon insan ac qala bilər
2027-ci ilin sonuna qədər dünyada aclıqdan əziyyət çəkən insanların sayı “El-Nino” iqlim hadisəsinin güclənməsi səbəbindən daha 49 milyon nəfər arta bilər.
Adalet.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) açıqladığı hesabatda bildirilir.
Qurumun məlumatına görə, təbiət hadisəsinin pik nöqtəsi 2026-cı ilin sentyabr-dekabr aylarına təsadüf edəcək:
“Lakin əkin və məhsul yığımı dövrünə mənfi təsirləri səbəbindən fəsadlar 2027-ci ildə də kəskin hiss olunacaq. 2015-2016-cı illərdə “El-Nino” 60-100 milyon insanın ərzaq təhlükəsizliyinə mənfi təsir göstərmişdi. 2026-2027-ci illərin dalğası isə 2027-ci ilin sonunadək ən azı 49 milyon insanın kəskin ərzaq qıtlığı ilə üzləşməsinə gətirib çıxara bilər”.
Bildirilib ki, sözügedən iqlim hadisəsinin konkret regionlara dəqiq təsirini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Çünki regional iqlimə Hind okeanındakı oxşar iqlim prosesləri və digər paralel faktorlar da birbaşa təsir göstərir.
Xatırladaq ki, bundan əvvəl mütəxəssislər “El-Nino”nun təsiri ilə regionda havaların kəskin istiləşəcəyi barədə xəbərdarlıq etmişdilər.
Digər Xəbərlər
05 Avqust 2026 19:28
“Mərakeşlə birgə keçirilməsin” - İspanlar etiraz etdi
05 Avqust 2026 18:51
Londonda qadın bıçaqla insanlara hücum etdi - Yaralılar var
05 Avqust 2026 18:13
İran HƏMAS-İsrail danışıqları ilə bağlı mövqeyini açıqladı
05 Avqust 2026 17:00
Kiyevdə matəm elan edildi
05 Avqust 2026 14:31
İran müharibəsində ağır itkilər - Yeni rəqəmlər açıqlanıb
05 Avqust 2026 14:19
Maskın kosmik şirkəti rekord qırdı - Gəlirlər 92 faiz artdı
05 Avqust 2026 13:53
Ermənistan və ABŞ TRIPP layihəsini müzakirə etdilər
05 Avqust 2026 13:25


Bakı -°C

