12 Aprel 2025 12:21
162
SİYASƏT

Boçorişvili: Azərbaycan Prezidenti ilə keçirilən görüş olduqca əhəmiyyətli idi

Azərbaycan Prezidenti ilə keçirilən görüş olduqca əhəmiyyətli idi.

Adalet.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Antalyada jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu görüş iki ölkə arasında münasibətlər baxımından vacib məsələlərin müzakirəsi üçün əhəmiyyət daşıyır:

"Antalya Diplomatik Forumu Cənubi Qafqaza diqqətin artması üçün mühüm fürsətdir. Forum çərçivəsində Cənubi Qafqaz regionu əsas müzakirə mövzularından biri olacaq".

Nazir bildirib ki, Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirlərinin foruma qatılması regional əməkdaşlıqla bağlı baxışların birgə müzakirəsi üçün imkan yaradacaq.

“Bu, Gürcüstanın mövqeyini səsləndirmək, regionda sülh və təhlükəsizliyin təmininə töhfə vermək üçün önəmli fürsətdir”, - M.Boçorişvili qeyd edib.

O həmçinin bildirib ki, forum çərçivəsində Gürcüstanın Baş naziri liderlər panelində çıxış edib və ölkə üçün aktual məsələlər barədə danışmaq imkanı əldə edib.

“Azərbaycan Prezidenti ilə keçirilən görüş iki ölkə arasında münasibətlər baxımından vacib məsələlərin bir daha müzakirəsi üçün əhəmiyyət daşıyır”, – M.Boçorişvili əlavə edib.