Bölgələrə olan daha bir neçə marşrut üzrə avtobuslar yeniləndi
Bakıdan Bərdə, Tərtər, Mingəçevir, Zaqatala və “Sınıq körpü” (Qazax sərhəd-keçid məntəqəsi) istiqamətlərində yeni avtobuslar sərnişinlərin istifadəsinə verilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Adalet.az-a bildirilib ki, marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə AYNA tərəfindən keçirilən müsabiqələrin nəticələrinə əsasən, artıq bu istiqamətlərdə səfərlər 2015-ci il istehsalı olan “Neoplan” və 2024-cü il istehsalı olan “King Long” markalı avtobuslarla həyata keçirilir.
AYNA tərəfindən şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması daim diqqətdə saxlanılır.
Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqənin şərtlərindən biri də avtobusların yeni olmasıdır.
Digər Xəbərlər
20 Yanvar 2026 23:46
Bu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO
20 Yanvar 2026 13:18
Ötən il Azərbaycanda 4 038 ədəd minik avtomobili istehsal olunub
20 Yanvar 2026 09:33
Bəzi avtobuslar fərqli yollarla hərəkət edir
18 Yanvar 2026 08:45
Bakıda avtosalon parklanma yerlərini zəbt etdi - VİDEO
12 Yanvar 2026 10:49
DYP-dən sürücülərə təkər şinləri ilə bağlı xəbərdarlıq
12 Yanvar 2026 08:18
Bakı həftəyə tıxaclarla başladı - SİYAHI
11 Yanvar 2026 17:06
Azərbaycanda bu avtomobillərin qiyməti 3 min artdı - VİDEO
09 Yanvar 2026 14:53


Bakı -°C

