adalet.az header logo
  • Bakı -°C
21 Yanvar 2026 08:20
73
DÜNYA
A- A+

Tramp: Ərdoğanı çox bəyənirəm, onunla vacib telefon danışığım olacaq

ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefonla danışacaq.

Adalet.az-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Ağ Evdə keçirilən mətbuat konfransında açıqlayıb.

"Ərdoğanı çox bəyənirəm, onunla çox vacib telefon danışığım olacaq", - Tramp deyib.

Tramp Suriyadan da danışıb: "Suriya Prezidenti Əhməd Əl Şaraa çox çalışır. Güclü və sərt insandır. Dünən onunla danışdım və həbsxanalardakı vəziyyət barədə söhbət etdik. Dünyanın ən pis terrorçularından bəziləri həmin həbsxanalardadır. Şaraa bu prosesi izləyir".