Kosmetoloji məhsulları oğurlayan kuryerlər saxlanıldı
Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Adalet.az-ın məlumatına görə, zərərçəkən polisə müraciət edərək sifariş verdiyi 1800 manat dəyərində kosmetoloji vasitələrin talandığını bildirib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən A.Əlizadə və Z.Rüstəmzadə saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, zərərçəkənin sifariş verdiyi 50 qutu kosmetik ləvazimat çatdırılma şirkəti vasitəsilə ona göndərilib. Saxlanılan şəxslər isə həmin şirkətin kuryer xidmətini həyata keçirərkən yolda bağlamaların bir hissəsini oğurlayıblar. Onlar ifadələrində taladıqları kosmetik ləvazimatları satdıqlarını bildiriblər.
Araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
21 Yanvar 2026 11:53
Bakıda quldurluq və oğurluq edən şəxslər saxlanıldılar - VİDEO
21 Yanvar 2026 10:53
Polis qanunsuz saxlanılan silah-sursat aşkarladı
20 Yanvar 2026 10:15
Cinayətdə şübhəli bilinən 28 nəfər saxlanıldı
19 Yanvar 2026 18:00


Bakı -°C

