adalet.az header logo
  • Bakı -°C
21 Yanvar 2026 11:34
69
SİYASƏT
A- A+

“Azərbaycan "Qəzza sülh Şurasına" üzv ola bilər” - Politoloq

“ABŞ prezidenti "Qəzza sülh şurasına" bir çox dövlətləri dəvət edir. Dəvət etməklə yanaşı üzv olan ölkələrə bir milyard dollar vəsait ayrılmalıdır. Göründüyü kimi, D.Tramp beynəlxalq bir platforma yaradır və özü sədr olaraq bir növ sülh təşəbbüskarı kimi özünü təqdim edir, həmçinin ABŞ beynəlxalq mövqelərini gücləndirir”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, Rusiya və Çin kimi ölkələrdə bu şuraya dəvət alıb:

“Qeyd edim ki, D.Tramp Ermənistanı dasukh şurasına dəvət edib. N.Paşinyan təklifə müsbət cavab verib. D.Tramp Azərbaycanı da Sülh Şurasına dəvət etməsi istisna deyil. Ola bilər Davosda  Tramp prezident İlham Əliyevlə görüşüb şəxsən dəvət etməsi mümkündür. Azərbaycan Qəzzaya hərbçi göndərməkdən imtina etdi. Qəzza Sülh Şurasına üzv olmaq Azərbaycanla-ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına təkan verəcək. Azərbaycan ABŞ prezidentinin bu təklifinə "yox" deməz. ABŞ beynəlxalq oyun qaydalarını özü müəyyən etmək istiqamətində ardıcıl işlər aparır”.

Vasif ƏLİHÜSEYN