Deyirlər ki, kitab oxuyan yoxdur...
Düzdür, bu gün 30-40 il bundan əvvəllə müqayisədə kitab oxuyanlar çox azalıb.Amma " kitab oxuyan yoxdur" demək heç də düzgün deyil. Ona görə düzgün deyil ki, əgər kitab oxuyan yoxdursa, hər il ali məktəblərə və magistraturaya qəbul olanlar bəs kimlərdir???
Bəlkə də bir çoxları bu fikri səsləndirəndə elmi və bədii ədəbiyyatı nəzərdə tuturlar. Hətta onu nəzərdə tutsalar belə orta və yaşlı nəslin nümayəndələri arasında kifayət qədər kitab oxuyan adamlar var. Mən dəfələrlə kitab sərgilərində və kitab mağazalarında kitab alanların şahidi olmuşam. Bəziləri bazar- dükana gedib bazarlıq edib alış- veriş etdikləri kimi, bir çox insanlar da kitab mağazalarında bunu edirlər.
Özü də sevindirici haldır ki, onların arasında gənclər də olur. Bir neçə gün bundan əvvəl metro qatarlarında bir hadisənin şahidi oldum. İki tələbə qız kitab oxuyur. Gözlərin kitabdan çəkən kimi ayaqüstə dayanmış yaşlı insanları gördülər və ayağa qalxıb yerlərin həmin adamlara verdilər.
Bax , kitab oxumaq bu deməkdir. Kitab oxumaq mədəniyyət, əxlaq, insanlıq, mərhəmət , sevgi deməkdir. Hansı ki, gözləri telefonun ekranında olan gənclərin çox ayaqüstə dayanmış yaşlı insanları çoxdan görürdülər. Sadəcə olaraq onları görməzliyə vurur və yer vermək istəmirdilər. Kitab oxumaq heç vaxt gec deyil. Müqəddəs" Qurani- Kərim " də də buyurulur ki, insan qəbir evinə qədər oxumalıdır.Bax , belə!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
04 Aprel 2026 15:05
Aqil Abbasın "Rəmiş"i, yaxud ruhun sınağı - Elnarə AKİMOVA yazır
03 Aprel 2026 12:42
Üç aprel, üç “yaxşı ki...” - Pərvanə Bayramqızı yazır
02 Aprel 2026 12:13
Vaqif Bəhmənli: APRELİN 1-i
02 Aprel 2026 11:30
İkinin arasında qalan Biri qorumalısan! - Rza Rzayev yazır
02 Aprel 2026 10:23
AQİL ABBASIN RƏMİŞİ və RƏMİŞİN AQİL ABBASI - RASİM MÜZƏFFƏRLİ yazır
01 Aprel 2026 17:47
İstanbulda Əhməd bəy Ağaoğluna həsr olunan kitabın təqdimatı keçirilib
01 Aprel 2026 15:24
Gülməli deyil! - Tərlanə Yaqubqızı yazır
01 Aprel 2026 13:26


Bakı -°C

