adalet.az header logo
  • Bakı -°C
07 Noyabr 2026 20:00
71
DÜNYA
A- A+

Dubay əmirindən boşanan Zeynəb 6 aydır övladlarını görə bilmir

Dubay əmiri ilə boşanan Zeynəb Cavadlı övladlarına qovuşmaq üçün BƏƏ-nin BMT-yə namizəd rəsmisinə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, Zeynəb Cavadlı iyunun 2-də Dubay polisi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının evinə basqın etməsindən sonra üç qızını görmədiyini bildirib. O, hadisədən sonra saxlanılıb və altı gün sonra polis nəzarəti altında sərbəst buraxılıb. Hazırda onun barəsində Dubayda cinayət işi üzrə araşdırma aparılır.

Zeynəb BƏƏ-nin BMT-nin növbəti baş katibi vəzifəsinə namizədliyini irəli sürən naziri Lana Nüseybeyə müraciət edərək qızlarına qovuşmasına kömək etməsini istəyib. Bildirilib ki, nazirə ünvanlanan məktublar indiyədək cavabsız qalıb.
Zeynəbin hüquqlarını müdafiə edən beynəlxalq insan haqları üzrə vəkil Devid Heyq isə bildirib ki, Lana Nüseybeyin bir telefon zəngi ana ilə övladlarını yenidən bir araya gətirə bilər.