"Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib" - Hikmət Hacıyev
2020-ci ildən sonra sülh dövründə 421 mülki şəxs həlak olub və ya ağır yaralanıb.
Adalet.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Mina Maarifləndirmə Günü ilə bağlı "X" sosial media hesabında paylaşımında qeyd edib.
O qeyd edib ki, dünya irəliyə doğru addımladığı halda, Azərbaycan hər gün səssiz və görünməz bir təhlükə ilə yaşamağa davam edir:
" 30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin təxminən 12 faizi 1,5 milyondan çox mina ilə çirkləndirilib. 2020-ci ildən sonra sülh dövründə 400-dən çox mülki şəxs həlak olub və ya ağır yaralanıb. Mina çirklənməsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma və bərpa işlərinə, həmçinin keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına mane olur. Bunlar sadəcə rəqəmlər deyil. Bunlar yarımçıq qalan həyatların, dağılan ailələrin, oğurlanan gələcəklərin hekayəsidir. Minalardan təmizləmə yalnız texniki proses deyil. Bu, ədalətdir. Bu, insan ləyaqətidir. Bu, insanların öz evlərinə təhlükəsiz qayıtmaq hüququdur".
Digər Xəbərlər
03 Aprel 2026 10:30
“Bu sözlər Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır...” – Politoloq
02 Aprel 2026 21:00
Pezeşkian İlham Əliyevə zəng etdi
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44
“Aprel döyüşləri böyük zəfəri daha da yaxınlaşdırdı...” – Hərbi ekspert
02 Aprel 2026 14:32
Cevdet Yılmaz: Yaxın zamanda daha çox inkişaf etmiş Qarabağı görəcəyik
02 Aprel 2026 14:14
Paşinyan Putinin hər təklifinə faktiki mənfi cavab verdi – Politoloq
02 Aprel 2026 14:08
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı
02 Aprel 2026 14:07


Bakı -°C

