Paşinyan Putinin hər təklifinə faktiki mənfi cavab verdi – Politoloq
“Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Kremldə dünənki görüşündə ona qəti şəkildə “Ya Avropa İttifaqını, ya da Avrasiya İqtisadi İttifaqını seçməlisiz, ikisi bir arada mümkün deyil” xəbərdarlığını etdi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Putin vaxtilə eyni sözləri Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçə də demişdi, bunun nə ilə nəticələndiyi bəllidir, iki ölkə arasında müharibə beşinci ilinə keçib:
“Yəni Putin sanki Paşinyana da demək istədi ki, yanlış qərar versəz, bunun Ukrayna kimi Ermənistan üçün də ağır nəticələri olacaq. Paşinyanın Putinə cavabı bu oldu ki, Ermənistan hələ o mərhələyə çatmayıb ki, Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etsin. Ümumiyyətlə iki liderin mətbuat qarşısında dünənki görüşü qarşılıqlı ittihamlar şəklində keçdi. Bu nadir hallarda baş verən hadisədir. Hər iki lider fikirlərini diplomatik tərzdə ifadə etməyə çalışsalar da, Paşinyan Putinin hər təklifinə faktiki mənfi cavab verdi”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Aprel 2026 14:44
“Aprel döyüşləri böyük zəfəri daha da yaxınlaşdırdı...” – Hərbi ekspert
02 Aprel 2026 14:32
Cevdet Yılmaz: Yaxın zamanda daha çox inkişaf etmiş Qarabağı görəcəyik
02 Aprel 2026 14:08
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı
02 Aprel 2026 14:07
"Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək" - İlham Əliyev
02 Aprel 2026 13:58
Prezident tədbir iştirakçılarını qəbul etdi - FOTOLAR - YENİLƏNİB
02 Aprel 2026 12:44
TDT hökumət başçılarının görüşü: birgə bəyanat qəbul edildi - YENİLƏNİB
02 Aprel 2026 12:03
İlham Əliyev Cevdet Yılmazı qəbul etdi
02 Aprel 2026 11:47


Bakı -°C

