Cevdet Yılmaz: Yaxın zamanda daha çox inkişaf etmiş Qarabağı görəcəyik
Türk dövlətləri yaxın zamanda daha çox inkişaf etmiş Qarabağı görəcək.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
O, türk dövlətlərinin Qarabağdakı inkişafa görə qürur duyduqlarını qeyd edib:
"Sizin bir az əvvəl vurğuladığınız kimi, Türk Dövlətləri Təşkilatı çox qısa müddətdə böyük yol qət etdi. İnşallah, qarşıdakı dövrdə bu daha da dərinləşərək davam edəcək. Təşkilata sədrliyiniz çox uğurla davam edir. Xüsusilə Sizin ilk dövrlərdən etibarən Türk Dövlətləri Təşkilatına yaxından göstərdiyiniz diqqətə və verdiyiniz dəstəyə görə minnətdarıq.
Qarabağdakı inkişafa görə də hamımız qürur, iftixar duyuruq. Qarabağ yenidən Azərbaycan oldu, azadlığına qovuşdu. Ancaq bununla da kifayətlənilmədi, Qarabağda böyük inkişaf, sərmayələr var. İnşallah, yaxın zamanda hamımız birlikdə daha çox inkişaf etmiş Qarabağı görəcəyik. Biz də Türkiyə Cümhuriyyəti olaraq əlimizdən nə gəlirsə, daim Qarabağın, Azərbaycanın yanındayıq".
Digər Xəbərlər
02 Aprel 2026 14:44
“Aprel döyüşləri böyük zəfəri daha da yaxınlaşdırdı...” – Hərbi ekspert
02 Aprel 2026 14:14
Paşinyan Putinin hər təklifinə faktiki mənfi cavab verdi – Politoloq
02 Aprel 2026 14:08
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı
02 Aprel 2026 14:07
"Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək" - İlham Əliyev
02 Aprel 2026 13:58
Prezident tədbir iştirakçılarını qəbul etdi - FOTOLAR - YENİLƏNİB
02 Aprel 2026 12:44
TDT hökumət başçılarının görüşü: birgə bəyanat qəbul edildi - YENİLƏNİB
02 Aprel 2026 12:03
İlham Əliyev Cevdet Yılmazı qəbul etdi
02 Aprel 2026 11:47


Bakı -°C

