Boş qalan yerlərə qəbul olunanların qeydiyyatı başlayır

Bu gün saat 11:00-da bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.
Bu barədə Adalet.az-a Dövlət İmtahan Mərkəzi (DİM) məlumat verib.
Bildirilib ki, boş qalan yerlərə qəbul olunan abituriyentlər (subbakalavrlar) 9 sentyabrdan etibarən portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Seçim prosesi 15 sentyabra (saat 18:00-dək) qədər davam edəcək.
Qeyd edilib ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.
Xatırladaq ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 9 – 17 sentyabr (saat 18:00-dək) tarixlərində eyni qaydada qeydiyyatdan keçə bilərlər.
Digər Xəbərlər

Kolleclərə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat başlayır

Rezidenturaya əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyatı başlayır

Məktəbli geyimlərinin Bakı üzrə 29 satış məntəqəsi fəaliyyət göstərir

Universitetlərə qəbul olunanların nəzərinə: Bu gün son gündür

Dövlət İmtahan Mərkəzi bu gün əlavə imtahanlar keçirəcək

Müəllimlərin sertifikatlaşdırma üzrə müsahibə mərhələsinin nəticələri açıqlanıb

Peşə məktəblərinə qəbulun II mərhələsinin nəticələri açıqlandı
