05 Sentyabr 2025 09:41
90
ELM VƏ TƏHSİL

Müəllimlərin sertifikatlaşdırma üzrə müsahibə mərhələsinin nəticələri açıqlanıb

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Bu barədə Adalet.az-a Təhsil İnstitutunun İnsan Resusları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.