XRİTDX: Azərbaycana qarşı dayanmadan kiberhücumlar olur
Azərbaycana qarşı kiber hücumlar dayanmadan, daimi olur, biz bu kiberhücumları hər gün müşahidə edirik.
Adalet.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
T.Məmmədov deyib ki, bunların həcminin artıb azalması müəyyən dövrlərdə müşahidə olunur: "Amma normalda, DDoS hücumlarını biz gündəlik müşahidə edirik. Eyni zamanda, müəyyən fişinq hücumları olsun, elektron poçt üzərindən həyata keçirilən və ya bu günlərdə daha çox danışılan teleqram üzərindən vətəndaşların yoluxdurulması və ya məlumatların ələ keçilməsi üzrə həyata keçilmiş kiber əməliyyatları misal göstərə bilərik. Bunların hər biri tərəfimizdən daima monitorinq olunur və daha əhəmiyyətli kiber hücumlar müşahidə olunanda onlara xüsusi qruplar ayırılaraq onların araşdırılması, tətqiqi həyata keçirilir və təbii ki, əldə edilmiş nəticələrdə müəyyən qurumlarla bölüşdürülməklə bu kiber hücumu təşkil edən tərəflərin aşkarlanması və sair istiqamətində fəaliyyət həyata keçirilir".
Digər Xəbərlər
07 Oktyabr 2026 12:51
“WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq
06 Oktyabr 2026 16:06
Azercell-in baş icraçı direktoru DCO-nun Baş katibi ilə görüşdü
03 Oktyabr 2026 17:58
Robotların sayı 5 milyonu keçdi
01 Oktyabr 2026 11:14
“Ağ Evdə "süni intellekt" zirvəsi və tarixi səhv”
01 Oktyabr 2026 10:48
“TikTok” və “Spotify” Azərbaycanda vergi uçotuna alındı
30 Sentyabr 2026 17:45
Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək
28 Sentyabr 2026 23:31
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026 15:41


Bakı -°C

