Böyük hədəflər, geniş imkanlar
Rəşad Mahmudov
Milli Məclisin deputatı
Qlobal müstəvidə iqtisadi və siyasi baxımdan öz yüksək mövqeyini qəbul etdirən Azərbaycan bu gün tək regional deyil, həm də beynəlxalq layihələrin əsas iştirakçısına çevrilib. Avropanın əsas enerji təçhizatçısı olan ölkəmiz dünya iqtisadiyyatının güc mərkəzlərindən biri olan Çinin də əsas tərəfdaşlarındandır. Son illər Azərbaycanla Çin arasında həm diplomatik həm digər sahələrdə münasibətlər sürətlə inkişaf edir. Prezidentin Çinə son səfəri, yüksək səviyyəli görüşlər, bağlanmış müqavilələr bu inkişafın göstəricisidir. Azərbaycanla ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında imzalanan Birgə Bəyanat iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçidini və əməkdaşlığın dərinləşməsinin rəsmi təsdiqi oldu. Bu, iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından son dərəcə əhəmiyyətli hadisə kimi Azərbaycanın qlobal iqtisadiyyatda strateji əhəmiyyətinin, beynəlxalq proseslərdə artan rolununun təsdiqi kimi tarixə qovuşdu.
Birincisi, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərin ən yüksək formalarından biridir və geniş spektrli sahələri əhatə edir. İmzalanmış bu sənəd siyasi dialoq və qarşılıqlı etimadı, iqtisadi, enerji, nəqliyyat və logistika, humanitar, mədəni, eləcə də təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutur. Birgə Bəyanat Azərbaycan və Çin arasında mövcud olan sıx əlaqələri daha da möhkəmləndirmək və gələcək uzunmüddətli əməkdaşlıq üçün zəmin yaratmaq məqsədi daşıyır.
İkincisi, Birgə Bəyanat əvvəllər Çinlə münasibətlərdə yalnız məhdud sayda ölkələr üçün xarakterik olan ikitərəfli əlaqələri ən yüksək diplomatik səviyyəyə qaldırdı. Yəni, bu sənəd qarşılıqlı strateji əhəmiyyətin tanınması, davamlı siyasi dialoqun rəsmiləşdirilməsi, beynəlxalq məsələlərdə daha sıx koordinasiyaya qapı açır. Bununla yanaşı, tarazlı siyasət yürüdən Azərbaycan tranzit qovşağı və enerji mərkəzi statusundan istifadə edərək Şərqlə münasibətləri dərinləşdirməyə hazır olduğunu da nümayiş etdirdi.
Üçüncüsü, bəyanatda Azərbaycanın dayanıqlı iqtisadiyyata keçidlə bağlı planlarına uyğun gələn yaşıl enerji sahəsində əməkdaşlıq vurğulanır. Çin üçün günəş və külək enerjisi layihələrinə investisiyalarda iştirak etmək imkanları açılır. Nəzərə alsaq ki, Azərbaycan Orta dəhlizin əsas iştirakçılarından biridir.
O zaman Birgə Bəyanatın imzalanması həm də Bakının güclü tranzit potensialına malik olmasının etirafıdır. Bu sənəd logistika, tranzit və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığı gücləndirir.
Dördüncüsü, ölkələr arasında hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinin yaradılması yüksək etimad səviyyəsindən, sıx əlaqələrdən və uzunmüddətli perspektivdə geniş spektrdə əməkdaşlığı inkişaf etdirmək niyyətindən xəbər verir. Eyni zamanda, münasibətlərə hərtərəfli strateji tərəfdaşlıq statusunun verilməsi Azərbaycan və Çin arasında qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəsinə keçməsini təsdiqləyir. Bu, Azərbaycan iqtisadiyyatına Çin investisiyalarının və texnologiyalarının cəlb edilməsinə, məhsullarımızın Çinə ixracının genişləndirilməsinə, Trans-Avrasiya nəqliyyat marşrutlarında əsas oyunçu kimi Azərbaycanın mövqeyinin gücləndirilməsinə, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə və xalqlar arasında qarşılıqlı anlaşmanı təşviq edən mədəni və təhsil mübadiləsinin genişləndirilməsinə geniş imkanlar yaradır.
Nəhayət, Birgə Bəyanat təkcə diplomatik jest deyil, həm də uzunmüddətli strategiya üçün bir vasitədir. Sənəd irimiqyaslı investisiyalar üçün institusional çərçivə yaradır, Azərbaycanın xarici siyasət manevrini genişləndirir və dünyanın ən güclü ölkələrindən biri olan Çin ilə siyasi-iqtisadi əlaqələrini gücləndirməyə imkan verir. Buna görə də, əminliklə demək olar ki, Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq hər iki ölkənin milli strategiyaları üçün mühüm dəstəkdir.
Beləliklə, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri Azərbaycanın dünyanın iqtisadi nəhəngi ilə münasibətlərinin inkişafında, hərtərəfli strateji tərəfdaşlığın əsasının qoyulmasında və müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanların açılmasında mühüm addım oldu.
Digər Xəbərlər
13 Dekabr 2025 10:00
Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN
12 Dekabr 2025 15:09
Azərbaycan və Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək
12 Dekabr 2025 15:07
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
12 Dekabr 2025 14:39
MSK yenidən formalaşdırılacaq? - Məzahir Pənahovdan açıqlama
12 Dekabr 2025 12:35
Türkiyə Milli Müdafiə Nazirliyi Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
12 Dekabr 2025 11:23
Əli Əsədov: Türkmənistanın neytrallıq siyasətini yüksək qiymətləndiririk
12 Dekabr 2025 10:28
Zahid Oruc: ”Onun sözü gələcək Azərbaycan imperiyasının himni olacaq”
11 Dekabr 2025 18:30


Bakı -°C

