Britaniyanın dövlət naziri: Azərbaycan regionda sabitlik üçün əsas tərəfdaşdır
Azərbaycan təkcə Cənubi Qafqazın deyil, daha geniş regionun üzləşdiyi çağırışların həllində əhəmiyyətli yardım və dəstək göstərmək qabiliyyətinə malik vacib bir ölkədir.
Adalet.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Koaker bildirib.
Dövlət nazirinin sözlərinə görə, Böyük Britaniya regional sabitliyin möhkəmlənməsi naminə Azərbaycanı bundan sonra da dəstəkləmək niyyətindədir.
Cənubi Qafqaz regionundakı cari vəziyyətdən bəhs edən V.Koaker vurğulayıb ki, burada irəliləyiş müşahidə edilir: "Bundan əlavə, Ermənistan və Azərbaycan arasında gözlənilən sülh sazişi də (imzalanma - red.) daxil olmaqla, əhəmiyyətli irəliləyişlər görürük. Bu, regionda sabitliyin möhkəmləndirilməsinə töhfə verən çox vacib bir addımdır".
Digər Xəbərlər
24 Oktyabr 2026 10:23
Azərbaycan XİN Zambiyanı Milli Günü münasibətilə təbrik edib
24 Oktyabr 2026 10:22
“Bu əməliyyatlar baş tutsa da İranda rejimi dəyişəcək bir proses olmayacaq...”
24 Oktyabr 2026 10:18
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
24 Oktyabr 2026 09:01
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
24 Oktyabr 2026 08:40
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR
23 Oktyabr 2026 23:38
“Münasibətlərimiz qardaşlıq prinsipləri üzərində inkişaf edəcək” - Dövlət Bağçalı
23 Oktyabr 2026 20:11
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib - VİDEO
23 Oktyabr 2026 18:59


Bakı -°C

