"Bu barədə çox danışmaq istəmirəm" - Prezident
"Ancaq İkinci Qarabağ müharibəsindən keçən 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki addım atılmamışdır. Dəfələrlə biz bu məsələni həm Rusiyaya, həm Ermənistana çatdırırdıq ki, vaxt gedir, bu bəyanat, onun vacib hissəsi icra edilmir və bu, dözülməz haldır. Müxtəlif vaxtlarda müxtəlif cavablar alırdıq, bu barədə çox danışmaq istəmirəm. Fakt odur ki, Ermənistan bunu hər cür uzatmağa çalışırdı. Rusiya tərəfi isə ya bunu təmin edə bilmirdi, ya da ki, hansısa başqa səbəblər var idi. Yəni fakt o idi ki, keçən ilin avqust ayına qədər məsələ dondurulmuş vəziyyətdə idi".
Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
"Amerika Birləşmiş Ştatlarında bu məsələyə yaxınlaşmağa başlayanda, - təqribən keçən ilin yaz aylarından, yazın əvvəlində başlanmış təmaslar nəticəsində artıq bu prosesə start verilmişdir, - təbii ki, Ermənistan-Azərbaycan normallaşma prosesinə öz töhfələrini verməyə çalışırdılar, buna hazır olduqlarını bildirirdilər. Təbii ki, bizim bir neçə önəmli şərtimiz var idi, o cümlədən Zəngəzur dəhlizi.
Nəticə etibarilə 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq - avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək. Yəni bu, məsələnin tarixçəsidir", - deyə dövlət başçısı qeyd edib.
Digər Xəbərlər
09 Sentyabr 2026 19:31
Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi
09 Sentyabr 2026 18:32
“Həqiqətlərə bağlılıq qələbəyə aparır...”
09 Sentyabr 2026 18:00
Sahibə Qafarova BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb
09 Sentyabr 2026 17:08
“Paşinyan Rusiya tərəfindən devrilməyəcəyinə öncədən təminat almaq istəyir”
09 Sentyabr 2026 15:03
İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
09 Sentyabr 2026 13:39
Azərbaycan və Ermənistan bu barədə razılaşıb
09 Sentyabr 2026 13:17
Ceyhun Bayramov ermənistanlı həmkarı ilə görüşəcək
09 Sentyabr 2026 12:22


Bakı -°C

