adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Iyun 2022 15:11
998
MARAQLI

Bu da yeni insan növü - alimlərdən maraqlı yenilik...

Elm durmadan və dayanmadan az qala işıq sürəti ilə inkişafda olduğunu isbatlamaqda davam edir. Təbii ki, bütün elmi yeniliklər insan və həyat üçündür. Bu dəfə də alimlər daha bir maraqlı yeniliyə nail olduqlarını idda ediblər. Belə onlar,insanların ən böyük əcdadı sayıla biləcək yeni insan növü tapıldığını bildirirlər.

Bir sıra araşdırmalardan sonra,Efiopiyanın Avaş çayı vadisində Homo Sapines və Neandertallarla eyni dövrdə yaşadığı düşünülən yeni insan növü tapılıb.

Dünyaca məhşur,"Journal ofEvolutionaryAnthropology”də dərc edilən araşdırmada tədqiqatçılar Afrikada təxminən 500 min il əvvəl yaşamış bir insan növünün "Homo bodoensis” adlandırıldığını açıqlayıblar. Bu növ insanların ən böyük əcdadı ola bilər.

Tədqiqatın müəlliflərindən biri, Kanadanın Vinniped universitetindən DoktorMirjana Roksandiç bildirib ki, insan coğrafi variasiyaları üçündüzgünterminologiyanın olmaması səbəbindən bu dövrdə insanın təkamülü haqqında danışmaq mümkün deyil.

Bildirilir ki, Beynəlxalq Zooloji Nomenklatura Komissiyasının ad dəyişikliyi ilə bağlı sərt qaydalarına görə, yeni növə ad vermək asan deyil. Çox güman ki, bu yeniliklə bağlı hələ bundan sonra da bir çox elmi araşdırmalar olacaq. Beləliklə bu yeni növ elmi cəhətdən öz təsdiqini tapacaq və elm üçün daha bir yenilik kimi qəbul olunacaqdır.

 

Hazırladı : BÜNYAMİN BÜNYADZADƏ