adalet.az header logo
  • Bakı -°C
26 Avqust 2026 11:14
66
MƏMLƏKƏT
A- A+

Bu ərazilərdə olan evlərə maraq azalıb - VİDEO

Güclü yağışlardan sonra Bakı və Abşeronda subasma riski olan ərazilərdə evlərə maraq azalıb.

Adalet.az  "Xəzər" TV-yə istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, həmin ərazilərdə evlərin qiyməti yarıbayarı ucuzlaşsa da, alıcıların sayı kəskin şəkildə aşağı düşüb. Havalar isti olsa da, bu vəziyyət hələ də davam edir.

Ekspertlər qeyd edirlər ki, vətəndaşlar ev alarkən yalnız qiymətə deyil, ərazinin infrastrukturuna və subasma riskinə də diqqət etməlidirlər.

Ekspertlərin sözlərinə görə, son zamanlar subasma riski ilə əlaqədar kürsülü evlərə isə maraq artıb.

Vətəndaşlar isə hesab edirlər ki, evin kürsülü olması güclü yağışlar və subasma zamanı evdəki əşyaların zərər görməməsi baxımından müəyyən üstünlük yaradır.