adalet.az header logo
  • Bakı -°C
25 Aprel 2026 19:00
77
ŞOU-BİZNES
A- A+

"Bu gənclərə cərimə yazmağa ixtiyarınız yoxdur" - Xalq artisti

"Bizim bağbanımız oldu, bizi tanıtdı. İndiki cavanlara ürəyim ağrayır. Onların təbliğatçıları yoxdur. Cavanlar tanınmaq istəyirlər, götürüb cərimə yazırlar".

Adalet.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "100 ilin sirləri" proqramında deyib. Aktrisa bu gün məşhur olmaq istəyən gənclərdən danışıb:

"Siz başa düşün, bu gənclərin həyatda yaşamaqları böyük problemdir. Onun həllini tapmaq, nəsə söz demək istəyəndə cərimə yazmaq düzgün deyil. Buna ixtiyarınız yoxdur. Bununla barışmayacağam. Hadisə baş verir, aktyor onunla oynayır, yetişir, ağzından hansısa sözü çıxarda bilər. Qərbi misal gətiririk, onların aktyorlarını daha yaxşı tanıyırıq. Onda zəhmət çəkək onların necə gəldiyinə baxaq. Onlar hansısa bayağı sözlə tanındı, sevildi".