Bu gün "planetlərin paradı" olacaq
Bu gün səhər səmasında altı planet və Ay eyni cərgəyə düzüləcək.
Adalet.az xəbər verir ki, Merkuri, Mars, Yupiter, Uran, Neptun, Saturn və Ay Günəşin bir tərəfində - təxminən 160 dərəcə sektorda olacaq.
Avqust ayı boyunca Mars və nəhəng planetlər Yupiter, Uran, Neptun və Saturn gecə yarısından səhərə qədər müşahidə edilir. Merkuri ayın sonunda onlara qoşulacaq və səhər 4-dən sonra səmada görünəcək. Avqustun 28-də onlara Ay qoşulacaq.
Beləliklə, 2024-cü il avqustun sonunda səhər saatlarında (25 avqustdan 31 avqusta kimi) Venera istisna olmaqla, bütün planetlərin Yer səmasında Günəşin bir tərəfində yerləşəcək və eyni vaxtda görünəcək.
Səhər səmanın şərq hissəsində: Merkuri, Mars, Yupiter, Uran, cənub-qərbdə Neptun və parlaq Saturn olacaq.
28 avqust 2024-cü il tarixində səhər səmasında Günəşin bir tərəfində altı planetin yerləşməsini yalnız şərti olaraq parad adlandırmaq olar, çünki planetlər çox böyük bir sektorda (160 dərəcə) toplanırlar.