“Bu gün tarixi verilişlərimizin çəkilməsinə böyük ehtiyac yaranıb" - Elnur Eltürk
"Azərbaycan televiziyasında “Fatehlərin divanı” əsərinin yenidən ekrana qayıtması cəmiyyətimizdə milli-mənəvi dəyərlərin və türkçülük şüurunun inkişafına böyük təsir göstərəcək. Tariximizə yenidən nəzər salmaq mütləq vacibdir. Həm də bu kimi cəmiyyəti düşündürəcək, alt süura təsir göstərəcək əsərlər gələcəyimizə işıq salacaq mayakdır".
Bu sözləri Adalet.az-a açıqlamasında diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk deyib.
“Bu gün tarixi verilişlərimizin çəkilməsinə böyük ehtiyac yaranıb. Bu baxımından Azərbaycan televiziyası unikal iş ortaya qoyur və alqışlanacaq addımlar atır. Görkəmli rejissorumuz Ramiz Həsənoğlu 1997-ci ildə “Fatehlərin divanı” əsərini ekranlaşdırarkən cəmiyyət tərəfindən böyük maraqla qarşılanmışdı. Bu gün onun rejissorluğu ilə əsərin yenidən ekrana qayıtması gənclər arasında böyük ruh yüksəkliyi yaradacaq”.
E.Eltürk tariximizə yenidən nəzər salmağın vacibliyinə də diqqətə çəkib:
“Gənc nəsil tariximizi, xüsusilə, ümumtürk tarixini yaxşı öyrənməlidir. Bu mövzuda filmlər və tamaşaların sayı çoxalmalıdır. Çünki görüntü ilə tarixi hadisələrin ekranlaşdırılması illərlə insanların yaddaşına həkk olunur. Babalarımızın keçmişdə buraxdığı səhvləri yenidən təkrarlamaq olmaz. “Fatehlərin divanı” əsəri bizə bir daha bunu xatırladacaq. Bu gün sosial şəbəkələrin, informasiya resurslarından yararlanıb belə verilişlərin təbliğatını artırmalıyıq ki, o, daha çox kütləyə çatsın. Qoy, bu kimi verilişlər, əsərlər günümüzün trendi olsun”, -deyə E.Eltürk bildirib.
Digər Xəbərlər
08 Aprel 2026 17:27
Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi
08 Aprel 2026 14:45
Ankarada azərbaycanlı rəssamların sərgisinin açılışı olub
08 Aprel 2026 11:51
"Mədəni qastrol proqramının ənənə halını almasını istəyirəm" - Eldar Mansurov
08 Aprel 2026 10:38
Qalalar şəhəri olan tarixi Bitlis – FOTOLAR
06 Aprel 2026 16:59
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
06 Aprel 2026 10:58
"Hamlet"- Lənətlənmiş taxt-tac - Adilə Səfərova yazır
06 Aprel 2026 10:56
Azərbaycan özünəməxsus bilgi mədəniyyəti modelini formalaşdırır
03 Aprel 2026 11:36


Bakı -°C

