Bu gündən ictimai nəqliyyatda gedişhaqqı 60 qəpik olacaq
Bu gündən ictimai nəqliyyatda gedişhaqqı 60 qəpik olacaq.
Adalet.az xatırladır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib.
Belə ki, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik, müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyən edilib.
Qeyd edək ki, yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.
Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.
Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.
Digər Xəbərlər
25 May 2026 19:50
Sürücüləri cəzalandırmaq yox, maarifləndirmək istəyirik...
25 May 2026 19:15
Sabah yağış yağacaq
25 May 2026 16:25
İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir
25 May 2026 15:36
Şuşaya ilk köç çatdı - YENİLƏNİB
25 May 2026 12:29
130 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradılıb
25 May 2026 12:17
Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb - FOTOLAR
25 May 2026 12:06
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTOLAR
25 May 2026 11:55


Bakı -°C

