Bu il xarici bazarlara 142 milyon dollar dəyərində pomidor ixrac olunub
Kənd təsərrüfatı dövlət dəstəyinin genişləndirilməsi, ixrac qabiliyyəti yüksək olan məhsulların yetişdirilməsinə dəstək mexanizmləri müsbət nəticələrini verir. Azərbaycandan xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları sırasında istixana şəraitində yetişdirilmiş pomidor xüsusi çəkiyə malikdir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Adalet.az-a verilən məlumata görə, 2024-cü ilin ilk 10 ayı ərzində ölkəmizdən xarici bazarlara pomidor ixracının həcmində 4,8% artım qeydə alınıb. Yanvar-oktyabr ayları ərzində xarici bazarlara 141 milyon 965 min ABŞ dolları dəyərində 118922 min ton pomidor ixrac olunub.
İxrac olunan pomidorun dəyərində ötən illə müqayisədə 12,4 faizlik artım var. İstixana yetişdiriciliyinə marağın artması həm rəqabətədavamlı məhsul istehsalına, həm də xarici bazarlara daha çox məhsul ixrac etməyə imkan verir.
Azərbaycanda istixana şəraitində yetişdirilən pomidor əsasən Rusiya bazarlarına ixrac olunur.
Digər Xəbərlər
18 Sentyabr 2026 16:40
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
18 Sentyabr 2026 11:40
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
18 Sentyabr 2026 10:26
2027-ci ilin dövlət büdcəsində 2026-cı illə müqayisədə hansı dəyişikliklər gözlənilir?
18 Sentyabr 2026 09:31


Bakı -°C

