Bu işçilərə kirayə üçün kompensasiya veriləcək
Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, bundan əvvəl xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilib.
Yeni qaydanın tətbiqi ilə əlaqədar bu müddəa ləğv olunur.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
27 Fevral 2026 16:06
Ölkəyə qanunsuz qızıl keçirilməsinin qarşısı alındı
27 Fevral 2026 12:20
Horadiz-Ağbənd dəmiryol xəttində tikinti işlərinin 70 %-i tamamlanıb
27 Fevral 2026 11:51
Sosial sığorta sistemində uçot yeni qayda ilə aparılacaq
27 Fevral 2026 11:25


Bakı -°C

