Bu müəllimlərin imtahanı iki mərhələdən ibarət olacaq?
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərindəki müəllimlərin sertifikasiya imtahanı iki mərhələdən ibarət olacaq.
Adalet.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Sosial qanunvericilik şöbəsinin rəhbəri Adil Vəliyev parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə və "Təhsil haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, ilk dəfə attestasiyanın keçirilməsinə 150-200 min manat vəsait lazım olmuşdu: "Artıq attestasiya ilə bağlı təcrübə olduğuna görə, sertifikasiyanın tətbiqi daha asan olacaq. Sertifikasiya ilə bağlı qaydalar hazırlanır və qanun qəbul edildikdən sonra onlar da işə düşəcək".
Digər Xəbərlər
15 Aprel 2026 13:10
Peşə hazırlığında yeni ixtisaslar olacaq - RƏSMİ
15 Aprel 2026 12:34
Tibb Universitetinə mətbuat katibi təyin edildi
15 Aprel 2026 12:33
Bakı Xoreoqrafiya Akademiyası ilə Ardahan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
14 Aprel 2026 11:04


Bakı -°C

