Bu ölkədə azyaşlı uşaqlar da siqaret çəkirlər
Dünya ölkələrinin sağlam qidalanmaq və pis vərdişlərdən əl çəkmək uğrunda mübarizəni gücləndirdiyi bir zamanda İndoneziyada siqaret çəkən uşaqların sayı getdikcə artır. Rəsmi məlumatlara görə bu ölkədə 20 milyona yaxın 10 yaşına çatmamış uşaq siqaret tüstülədir. Yəni, uşaqlar ibtidai sinifdə oxumağa başlayanda artıq siqaret aludəçisi olurlar. Ən acınacaqlısı isə odur ki, siqaret firmaları öz məhsullarının reklamında da azyaşlılardan istifadə edirlər.
Müsəlman ölkəsi sayılan İndoneziyanın əsas gəlirləri neft ixracından əldə edilir. 300 milyonluq ölkə əhalisinin 80 faizi islam dininə, qalan 20 faizi isə buddizm, animizm və xristianlığa etiqad edir.
İndoneziyalıların siqaret aludəçiliyini ölkədə tütünçülüyün geniş yayılması ilə bağlayırlar. Bu ölkə dünyada siqaret istehsalı üzrə 5-ci yerdə qərar tutur.
Ölkədə, xüsusilə 5-12 yaş arasında olan uşaqların siqaret reklamlarına çəkilməsi, azyaşlıların tütün məhsullarının təbliğatında istifadə edilməsi rəsmən qadağan edilməyib. Ümumdünya Səhiyyə Təşkilatının İndoneziya hökumətinə dəfələrlə xəbərdarlıq və tövsiyələr etməsinə baxmayaraq, ölkə rəhbərliyi bu sahədə ciddi tədbirlər görməyə tələsmir.
İş ondadır ki, uşaqların reklam etdiyi tütün məhsulları digərlərinə nisbətdə daha çox satılır və il ərzində tütün mafiyasına milyonlarla dollar qazanc gətirir.
Siqaret firmaları tütün aludəçiliyi olan uşaqları işə götürür, müxtəlif şou və lotereya oyunları təşkil edərək, valideynləri və uşaqları tütün biznesinə cəlb edirlər.
Tütün məmulatları məktəblərin yaxınığındakı köşklərdə açıq satılır. Məktəblilər dərsə gedərkən və dərsdən çıxarkən siqaret tüstülədirlər.
Bəzi uşaqlar hətta məktəb avtobuslarında da siqaret çəkirlər. Siqaret çəkmək nəqliyyat vasitələrində rəsmi olaraq qadağan olunsa da, demək olar ki, heç kim buna nəzarət etmir və uşaqlara irad bildirən də olmur.
Fermerlər azyaşlı uşaqları tütün plantasiyalarında işlətməkdən çəkinmirlər. Siqaret çəkən, tütün yığan uşaqlarda ürəkbulanmasına, huşun itirilməsinə, tənəffüs orqanlarının probleminə və xərçəng xəstəliyinə tez-tez rast gəlinir.
Ölkənin internet məkanında tez-tez bu məzmunda reklamlar səslənir: “Yusuf Hadi 4 yaşında siqaret çəkməyə başlayıb. O, gündə iki qutuya qədər siqaret çəkə bilir”.
Yaxud: “Məhəmməd 5 yaşından siqaretə başlayıb, valideynləri ona siqaret almayanda çox əsəbi olur”.
Digər Xəbərlər
17 Noyabr 2025 08:10
Xoşbəxtlik puldan asılıdır?
14 Noyabr 2025 18:00
Dünyanın müxtəlif ölkələrində erməni diasporu: onların sayı və fəaliyyət istiqamətləri
13 Noyabr 2025 11:42
Dennitsa adlı mələk niyə şeytana çevrildi?
12 Noyabr 2025 16:28
Bazarstore.az – Onlayn alış-verişdə rahatlıq və endirimləri bir araya gətirir
10 Noyabr 2025 09:20
Çində hava taksisi ilə 10 dəqiqəlik uçuş təxminən 8 dollara başa gələcək
08 Noyabr 2025 11:43
“Azərsun Holdinq” media nümayəndələri arasında intellektual yarış keçirdi - FOTOLAR
07 Noyabr 2025 15:42
Yapon alim özünün robot oxşarlarını nə üçün düzəldib?
04 Noyabr 2025 14:44


Bakı -°C

