Qlobal istiləşmə yeni buzlaşma dövrünün qarşısını alıb - TƏDQİQAT
Qlobal istiləşmə yeni buzlaşma dövrünün ilkin mərhələlərini dayandırmış ola bilər.
Adalet.az xəbər verir ki, bu barədə “Science” jurnalında dərc olunmuş tədqiqatda bildirilir.
Tədqiqatçılar müəyyən ediblər ki, Şimali Amerikanın nəhəng buz təbəqəsinin son qalığı təxminən 2 000 il əvvəl genişlənməyə başlasa da, 1960-cı illərdə yay aylarının istiləşməsi bu prosesin qarşısını alıb və buzlağın əriməsinə səbəb olub.
Alimlər Kanadanın Nunavut ərazisində yerləşən Baffin adasındakı Barns buzlağını araşdırıblar. Bu buzlaq bir vaxtlar Kanadanın böyük hissəsini və ABŞ-nin şimalını örtən Lavrenti buz təbəqəsinin günümüzə qədər gəlib çatmış son qalığıdır.
Mütəxəssislər geri çəkilən buzların altından üzə çıxan qədim bitkilər üzərində radiokarbon analizi apararaq, buzlağın onları nə vaxt örtdüyünü müəyyənləşdiriblər.
Araşdırma qrupu hesab edir ki, mövcud buz örtüyünün davamlı şəkildə yenidən böyüməsi buzların qitə boyu yayılmasından minlərlə il əvvəl yeni buzlaşma dövrünün başlanğıcından xəbər verə bilərdi. Lakin 1960-cı illərə qədər Barns buzlağı yay aylarında qışda yağan qardan qazandığından daha çox buz itirməyə başlayıb.
“Bu, iqlim sistemini necə sarsıtdığımızı göstərən çox güclü nümunədir”, — deyə tədqiqatın aparıcı müəllifi, Kolumbiya Universitetinin Lamont-Doerti Yer Rəsədxanasının geokimyaçısı Nikolas Yanq qeyd edib.
İqlim modelləri göstərir ki, sözügedən buzlaq növbəti bir neçə əsr ərzində tamamilə yox ola bilər. Onun itirilməsi isə gələcəkdə Şimali Amerikada buz təbəqəsinin yenidən formalaşması üçün potensial başlanğıc nöqtəsini aradan qaldıracaq.
Digər Xəbərlər
29 Noyabr 2026 10:21
Madriddə 350 illik Osmanlı sənədi tapıldı: Tarixi dəyişə biləcək məktub
29 Noyabr 2026 09:22
Pişik sahibini niyə iyləyir?
29 Noyabr 2026 00:00
Ay səthinin altında nəhəng yeraltı tunellər aşkarlandı
28 Noyabr 2026 13:14


Bakı -°C

