adalet.az header logo
  • Bakı -°C
29 Noyabr 2026 00:03
54
DÜNYA
A- A+

Albaniyada etirazlar səngimir - YENİLƏNİB

Albaniyada keçirilən etiraz aksiyaları zamanı 35 nəfər yaralanıb, onlardan 13-ü etirazçı, 9-u polis, altısı media nümayəndəsi, üçü ətrafda olan şəxs və biri təhlükəsizlik işçisi olub.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Departamentin məlumatına görə, 30 zərərçəkən Universitet Travma Xəstəxanasında, daha beş zərərçəkən isə Tirana Universitet Xəstəxanası Mərkəzində (QSUT) tibbi yardım alıb.

Hazırda travmatologiya xəstəxanasında 26 xəstə qalır və hamısının vəziyyəti stabildir. 

***

Albaniyada tələbələrin rəhbərlik etdiyi etirazlar zorakılığa çevrilib və iştirakçılar Baş nazir Edi Ramanın istefasını tələb ediblər.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, nümayiş paytaxt Tiranada, ölkənin Müstəqillik Günündə, aylarla davam edən hökumət əleyhinə etirazlar fonunda baş tutub.

Etirazçılar polisə daş və Molotov kokteyli atıblar, polis isə su şırnaqları, göz yaşartıcı qaz və rezin güllələrlə cavab verib.