adalet.az header logo
  • Bakı -°C
29 Noyabr 2026 00:07
51
SİYASƏT
A- A+

Azərbaycanla bəzi məsələlər üzrə mövqelərimizi uzlaşdırmalıyıq - Kobaxidze

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla bəzi məsələlər üzrə mövqelərin uzlaşdırılmasına ehtiyac olduğunu bildirib.

Adalet.az xəbər verir ki, Baş nazir bu barədə “İmedi” telekanalının “Açıq efir” proqramında danışıb.

“Azərbaycanın çox layiqli lideri – Prezident cənab Əliyev var və biz Azərbaycanla strateji tərəfdaşlıq, həmçinin dostluq və qonşuluq münasibətləri saxlayırıq”, – deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında əlavə danışıqlar tələb edən məsələlərdən biri Keşikçidağla bağlıdır.

“Elə məsələlər mövcuddur ki, onlarla bağlı ortaq mövqeyimiz yoxdur və mövqelərimizin uzlaşdırılmasına ehtiyac var. Belə əsas məsələlərdən biri Keşikçidağ məsələsidir. Bununla bağlı bizə çox çətin vəziyyət miras qalıb. Bu, əlavə danışıqlar tələb edən məsələdir”, – deyə Baş nazir qeyd edib.

Kobaxidze Kürmük məbədi məsələsinə də toxunaraq, burada dini ayinlərin Gürcüstanın hazırkı hakimiyyəti dövründə bərpa olunduğunu bildirib.

“Dostlarımız və tərəfdaşlarımızla müzakirələr aparırıq və ümid edirik ki, sonda hər şey həm Gürcüstanın, həm də Azərbaycanın maraqlarına uyğun şəkildə həll olunacaq. İnanıram ki, burada da mövqelərimizi uzlaşdırmaq mümkündür”, – deyə Gürcüstanın Baş naziri əlavə edib. (APA)