"Bu ölkələr ABŞ-nin ştatları olsun" - Trampdan təklif
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp subsidiya vermək əvəzinə Kanada və Meksikanın Amerika ştatlarına çevrilməsini təklif edib.
Adalet.az xəbər verir ki, o, bu barədə NBC telekanalına danışıb.
"Biz Kanadaya ildə 100 milyard dollardan çox subsidiya veririk. Meksikaya isə 300 milyard dollara yaxın subsidiya veririk, etməməliyik, niyə bu ölkələrə subsidiya veririk?", - Tramp bildirib.
Telekanal aparıcısının bu ölkələrdən gələn mallara mümkün gömrük rüsumlarının tətbiqinin amerikalılara təsir edib-etməməsi ilə bağlı sualına cavab olaraq Tramp bildirib ki, onlardan düzgün istifadə ABŞ üçün faydalı ola bilər.
"Düzgün istifadə edildikdə, tariflər təkcə iqtisadi deyil, həm də iqtisadiyyatdan kənar işlərin görülməsi üçün çox güclü bir vasitədir", - deyə o, ifadə edib.
Digər Xəbərlər
20 Noyabr 2026 23:49
Rubio: ABŞ, Rusiya və Çin liderləri arasında təmaslar əvəzsizdir
20 Noyabr 2026 23:42
“İran razılaşma istəyir, amma şərtlərimizi qəbul etmir” - Tramp
20 Noyabr 2026 22:20
"Putin müharibəyə son qoymaq istəyir" - Tramp
20 Noyabr 2026 17:50
"Evimdə isitmə cihazı yoxdur, gödəkçə ilə yatıram" - VİDEO
20 Noyabr 2026 17:00
Zaxarova: Bakı və İrəvan birbaşa dialoqa üstünlük verir
20 Noyabr 2026 11:41
Hakan Fidan bu məsələdə NATO-nu günahlandırdı
20 Noyabr 2026 00:11
“İranla bağlı qərar qəbul etməyə tələsmirəm” - Tramp
19 Noyabr 2026 23:44


Bakı -°C

