Bu ölkələr Ukraynaya silah verəcək
Almaniya və Niderland Ukraynaya daha altı "Panzerhaubitze 2000" özüyeriyən haubitsa tədarük etməyi planlaşdırır.
Adalet.az "report"a istinadən bildirir ki, bu barədə "Die Welt" qəzeti məlumat yayıb.
Qeyd edilir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristin Lambrextlə niderlandlı həmkarı Kaisa Ollonqren arasında NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində keçirilən görüşdə müzakirə aparılıb.
Bundan əvvəl "Bild" qəzeti yazıb ki, Berlinin Kiyevə təhvil verdiyi "Panzerhaubitze 2000" haubitsaları Ukraynanın şərqindəki əməliyyatlarda istifadə edilib.
İyunun 21-də Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəsinin Almaniyadan "Ukraynanın təlim keçmiş ekipajları olan" "Panzerhaubitze 2000" özüyeriyən haubitsalarını aldığını açıqlayıb. Eyni zamanda o, bildirib ki, bu, artıq Kiyevin aldığı 155 kalibrli artilleriyanın altıncı növüdür.
"Panzerhaubitze 2000" haubitsalarının atəş sürəti standart döyüş sursatları ilə 30-35 km, raket mərmiləri ilə isə 50-60 km hədəfi nişan ala bilir.
Digər Xəbərlər
05 Oktyabr 2026 20:35
Ağ Evin keçmiş mətbuat katibinə yeni vəzifə verildi
05 Oktyabr 2026 20:24
Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib
05 Oktyabr 2026 20:12
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
05 Oktyabr 2026 19:49
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
05 Oktyabr 2026 19:33
İranın daxili işlər naziri Qətərə səfər edib
05 Oktyabr 2026 17:26
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
05 Oktyabr 2026 17:15
Rusiya azərbaycanlıların da olduğu Türkiyə gəmisini vurdu - Kapitan həlak olub
05 Oktyabr 2026 13:52


Bakı -°C

