Bu peşə sahibləri üçün sosial sığorta haqqı dəyişidi
Bu gündən fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqları dəyişib.
Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Beləliklə, toy, şənlik və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növləri, eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxslər üçün sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 5 faizindən 8 faizinə qaldırılıb.
Çəkməçi, pinəçi, bərbər, dərzi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıq emalatxanalarının fəaliyyəti, həmçinin ev qulluqçuları, dayələr, fərdi sürücülər, bağbanlar, aşpazlar, gözətçilər, ofisiantlar və fərdi baytarlar üçün məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 3 faizindən 5 faizinə yüksəldilib.
Bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq sosial sığorta haqqının məbləğinə tətbiq edilən əmsallar isə hazırkı kimi qalacaq. Başqa sözlə, bu fiziki şəxslər üçün aylıq sosial sığorta haqqının məbləği əmsallar tətbiq edilməklə müəyyən olunur.
2026-cı il yanvarın 1-dək aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunub:
Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;
Digər şəhər və rayonlarda – 1,0.
Digər Xəbərlər
23 May 2026 23:36
Leyla Əliyeva Bakıda toyda iştirak edib - VİDEO
22 May 2026 11:32
Bu ərazilərə intensiv yağış yağır - FAKTİKİ HAVA
21 May 2026 21:19
Kəlbəcərdə qış turizm kompleksi yaradılacaq
21 May 2026 18:00
Bu şəxslərə kirayəyə görə hər ay 100 manat veriləcək
21 May 2026 15:40
Xankəndiyə güclü yağış, Xocalıya isə dolu yağdı - VİDEO
21 May 2026 15:18
Alena Əliyeva “Zəkaların mübarizəsi II” olimpiadasının final mərhələsində - FOTOLAR
21 May 2026 12:55
Jurnalistlər üçün çay plantasiyasına mediatur təşkil olunub - FOTOLAR
21 May 2026 12:31


Bakı -°C

