Bu qədər uşaq nikahdankənar doğulub
2025-ci ildə Azərbaycanda nikahdankənar doğulan uşaqların statistikası açıqlanıb.
Adalet.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin demoqrafik göstəricilərlə bağlı açıqladığı illik hesabatda öz əksini tapıb.
Belə ki, ötən il ölkə üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 11 min 626 nəfər olub. Bunlardan 4999 nəfəri şəhər, 7027 nəfəri isə kənd yerlərində doğulub. Bu uşaqların 8499-u 15-29 yaş aralığında olan qadınlar tərəfindən dünyaya gətirilib.
Bakı şəhərində ötən il nikahdankənar doğulan uşaqların sayı 1258 nəfər təşkil edib.
Qeyd edək ki, ötən il nikahdankənar doğulan uşaqların sayında azalma müşahidə olunur. Belə ki, ötən il 11 min 626 nikahdankənar uşaq doğulmuşdusa, 2024-cü ildə 13 min 228, 2023-cü ildə 15 min 622, 2022-ci ildə isə 18 min 814 uşaq doğulub.
Digər Xəbərlər
22 Oktyabr 2026 18:01
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
22 Oktyabr 2026 14:41
"İri Şəhərlərin Su Təchizatı"na yeni icraçı direktor təyin edildi
22 Oktyabr 2026 14:38
“Həzi Aslanov”dakı təmir yekunlaşdı
22 Oktyabr 2026 13:42
Xocalı və Ağdərəyə daha 44 ailə yola salınıb
22 Oktyabr 2026 12:31
Yağış yağacaq, şimşək çaxacaq
22 Oktyabr 2026 11:00
Ərdoğanın prezident İlham Əliyevə birbaşa zəngi hava haqqında məlumat deyil - Şərh
22 Oktyabr 2026 10:56
FHN təlim keçirdi - VİDEO
22 Oktyabr 2026 10:54


Bakı -°C

