Bu rayonda 5 minə yaxın abonent qazsız qalacaq
Cəlilabad rayonunda 5 minə yaxın abonentin qaz təchizatında fasilə olacaq.
Adalet.az xəbər verir ki, sabah saat 09:00 radələrindən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 4 800 abonentin (Heydər Əliyev prospekti, Babək, Şəhriyar, S.Axundov, N.Nərimanov, Ş.Qurbanov, A.Azərtürk və Cavadxan küçələri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.
Digər Xəbərlər
18 Oktyabr 2026 00:39
“Qarabağ” - “Neftçi” matçında insident: 19 nəfər saxlanıldı
17 Oktyabr 2026 16:25
Biləsuvarda qəzada ölənlərin adları açıqlandı - YENİLƏNİB
17 Oktyabr 2026 00:24
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
16 Oktyabr 2026 17:13


Bakı -°C

